ŞTRİXKODLAŞDIRMA ÜZRƏ TƏLİM

Ştrixkodlaşdırma texnologiyalarını, radiotezlikli identifikasiyanı istifadə etməklə avtomatik identifikasiya sistemlərin tətbiqi ilə maraqlanan yerli istehsalçıların
tədris-təlimini keçirir. Mütəxəssisləri tərəfindən nümayiş videomateriallarnan müxtəlif mövzulu təlim kursları hazırlanıb.

Tədris kurslarında müzakirə olunan mövzular:

- Dövlətlər arası standartlar və Azərbaycan Respublikasının Dövlət Standartları avtomatik identifikasiya sahəsində;
- Məhsulların identifikasiyası üçün beynəlxalq ştrixkodların tipləri;
- Ştrixkodların qablaşmanın üzərində yerləşdirilməsi qaydaları;
- Ştrixkodların rəng çalarları;
- Ştrixkodların ölçüləri;
- Məhsulların markalanması və ştrixkodla etiketlərin çapı zamanı tipik səhvlər;
- Məhsul nömrələnməsində ştrixkodların (GTİN) və yerləşmənin GLN verilməsi  üçün GS1 qaydaları;
- Nəqliyyat zamanı logistik vahidlər. İstifadə identifikatorları;
- Məhsulun elektron kodları (EPC);
- Ticarətdə və logistikada elektron məlumat mübadiləsi (EDİ);
- Radiotezlikli identifikasiya (RFİD);

Ştrixkodlaşma üçün avadanlığın seçimi: 

- ştrixkod skanerləri;
- ştrixkod etiket printerləri;
- məlumat yığımı terminalları;
- ştrixkod çapı üçün etiketlər və rəngləyici lentlər (ribbonlar).

Təlimi keçdikdən sonra:

- Ştrixkod skanerlərin tənzimlənməsini;


- Ştrixkod tipinin seçilməsini;


- Ştrixkodların formalaşdırılmasını;


- Ştrixkod printerində etiketlərin çapını;


- Məlumat yığımı terminalları vasitəsi ilə əşyaların inventarizasiyasının aparılmasını öyrənmək olar.

 

Təlim avtomatik identifikasiya sahəsində son nailiyyətlərlə və yeni texnologiyalarla, EAN/UCC standart etiketlərin 
və ştrixkodlaşmanın perspektiv simvolikaları ilə SSCC-18 nəqliyyat bağlamanın seriya kodunun istifadə təcrübəsi ilə
tanış olmağa imkan verəcək.

Keçirilmə yeri: “GS1 Azerbaijan” Cəmiyyətinin ofisi (Bakı ş., Xaqani küç., ev 90А).

Təlimin müddəti – 3 gün (1 dərs 2 saat olmaqla).
Təlimin ödənişi müqavilə əsasında köçürmə yolu ilə həyata keçirilir.

Ödəniş: Bir (1) adamın təliminə görə 200 AZN təşkil edir.
Təlimi bitirdikdən sonra imtahan nəticəinə görə sertifikat verilir.

Təlimədə iştirak üçün müraciət forması.