KİÇİK TİRAJLI RƏNGLİ ETİKETLƏRİN ÇAPI

Kiçik tirajda nümunə etiketlərinin çap olmasının üstünlükləri:
Etiketdəki məlumat dəyişirsə, əvvəllər çap edilmiş məlumat köhnəlmiş olur. Bu zaman etiket dizayn tərtibatanı dəyişiklik edərək kiçik tirajda (10-50 ədəd) rəngli etiket nümunələri çap etdirə və daha böyük tirajlı etiketlərin çapı üçün isə mətbəəyə müraciət edə bilərsiniz.

Toplanmış praktik təcrübə göstərir ki, məhsulun minimum partiyaları ən çox aşağıdakı hallarda tələb olunur:

- Məhdud partiyadan olan məhsulların etiketlənməsi üçün;
- Məhsul çeşidinin yeni dizaynının təqdimatlarını keçirərkən;
- Yeni bir marka və ya məhsulu tanıtmaq üçün marketinq fəaliyyətinin həyata keçirilməsi zamanı;
- Hədiyyə və ya suvenir məhsullarının markalanması üçün.

Yeni və ya sərgi üçün nəzərdə tutulan məhsullarınız üçün kiçik tirajda (30-50 ədəd) rəngli etiket çap etmək xidməti ilə bağlı bizə müraciət edə bilərsiniz.

Professional LX400 rəngli etiket çapı printerində Sizin təqdim etdiyiniz dizayna və tiraj sayına uyğun etiketləri çap edə bilərik.

Etiketin maksimal çap eni 101.6mm-dir.
Yapışqan əsaslı sintetik etiketin 1 ədədinin çap qiyməti (sifarişin tirajından aslı olaraq) 0,7 AZN-dən (ƏDV-siz) başlayacaq.