GS1 SİSTEMİNDƏ QEYDİYYAT VƏ ŞTRİXKOD NÖMRƏLƏRİNİN ALINMASI

İstehsal sahəsindən asılı olmayaraq hər bir fərdi sahibkar və ya hüquqi şəxs GS1 sistemində qeydiyyatdan keçərək əmtəələrini beynəlxalq ştrixkod nömrələri ilə markalaya bilər. GS1 sistemində qeydiyyatdan keçərək əmtəələrə ştrixkod nömrələrinin alınması prosesi aşağıdakı ardıcıllıqla izlənilir: GS1 sistemindən ya onlayn https://app.gs1az.org/az, ya da Xaqani 90A ünvanında yerləşən ofisə müraciət edərək qeydiyyat mümkündür.

Hüquqi şəxslərin qeydiyyatı üçün lazımi sənədlər:

Dövlət Qeydiyyatı haqqında şəhadətnamə (VÖEN)*;
Dövlət Reyestrindən Çıxarış*;
qida sektorunda AQTA tərəfindən təqdim edilən sertfikat (əgər varsa);
qeyri qida sektorunda məhsula aid Uyğunluq, Gigiyenik və s. sertfikat (əgər varsa);
Hüquqi şəxsin nümayəndəsi müraciət edərsə, etibarnamə və onun şəxsiyyət vəsiqəsi*.

Fərdi sahibkarların qeydiyyatı üçün lazımi sənədlər:

Dövlət Qeydiyyatı haqqında şəhadətnamə (VÖEN)*;
şəxsiyyət vəsiqəsi*;
qida sektorunda AQTA tərəfindən təqdim edilən sertfikat (əgər varsa);
qeyri qida sektorunda məhsula aid Uyğunluq, Gigiyenik və s. sertfikat (əgər varsa);
Fərdi sahibkarın nümayəndəsi müraciət edərsə, etibarnamə və onun şəxsiyyət vəsiqəsi*.
Yuxarıda qeyd edilən sənədlərin əsli (nəzarət üçün) və sürəti təqdim edilməlidir.

MƏLUMAT

Qeydiyyatdan keçmək üçün Ərizə, Müqavilə, elektron qeydiyyat haqqındaSaziş imzalanır. Sənədlər tam şəkildə tərtib edilibsə müqavilədə göstərilən məbləğə əsasən hesab təqdim olunur.
Ödənişdən sonra fərdi sahibkar və ya hüquqi şəxs GS1 sisteminin İstifadəçisi olur və ona unikal identifikasiya nömrəsi – GCP ayrılır. GS1 sistemində qeydiyyatdan keçərək unikal identifikasiya nömrəsi alan hər bir İstifadəçiyə ştrixkodların leqallığını təsdiq edən sənəd – Şəhadətnamə təqdim edilir.