DİZAYN VƏ ETİKETLƏRİN ÇAPI

YAPIŞQAN ƏSASLI ETİKETLƏRİN DİZAYNI VƏ ÇAPI

Bizdə loqotipin, artikulun, ştrixkodun, məhsulun adının və s. məlumatın qeyd olunması ilə kiçik tirajda etiketlərin çapını sifariş etmək olar. Çap termo və ya termotransfer printerində həyata keçiriləcək, ona görə də nəzərə almaq lazımdır ki, təsvir yalnız qara rəngdə ola bilər. Bu cür xidmət təklif olunan etiketlərin minimal tirajının peşakar mətbəə avadanlığında hazırlanması zamanı Sizin tələblərinizdən qat-qat üstələdiyi zaman aktual olacaq. Biz standart ölçüdə olan etiketlərin üzərində çap edirik və bu etiketlər həmişə bizim anbarda mövcuddur.
Minimal tiraj bir etiketdəndə başlaya bilər.

Müxtəlif printerlərdə çap olunan etiketlərin nümunələri:

Etiket - istehsalçı ilə istehlakçı arasında vizual əlaqə yaradır.
Müasir dövrdə keyfiyyətli məhsul istehsal etmək kifayət deyil, onu həm də bacarıqla təqdim etmək və alıcının diqqətini çəkmək çox vacibdir. Orijinal dizayn işləmələri də elə bu məqsədə xidmət edir.

 Düzgün icra edilmiş dizayn:                                                

- diqqəti cəlb edir;
- məhsul haqqında məlumatlandırır;
- məhsulu almağa sövq edir.