ÇAP KEYFİYYƏTİNİN YOXLANMASI

Ştrixkodun çap keyfiyyətinin yoxlanmasının yeganə yolu verifikasiyadır. 
Verifikasiya – ştrixkod simvolunun beynəlxalq standartlara uyğunluğunun yoxlanılmasıdır. 
Xüsusi cihaz – verifikator ştrixkodun çap keyfiyyətinin, onun zolaqlarının – ştrixlərinin 
eninin standarta uyğunluğunu, kontrastlığını, dekodlaşdırmağını müəyyən edir. 
İnkişaf etmiş ölkələrdə malın qəbulu zamanı ticarət təşkilatlarında bağlamanın üzərindəki 
ştrixkod oxunmayanda böyük problem yaranır. Ştrixkodun verifikasiyası ölçüləri və çap keyfiyyətini
yoxlayır, onun oxunma keyfiyyətinə təsir göstərən əsas parametrləri açıqlayır. 
Keyfiyyət sığorta sistemin bir hissəsi kimi sizə biznesdə qalib gəlməyə kömək edəcək.  
Şirkətimiz verifikasiya xidmətini göstərir və sizə yardımçı ola bilər.  
Yoxlamadan sonra siz əmin ola bilərsiz ki, ştrixkodunuz birinci dəfədən və həmişə oxunacaq.