RFID VASİTƏSİ İLƏ İŞ VAXTININ UÇOTU

RFID-texnologiyaları personalın gəlməsinə nəzarət edən sistemin yaradılması  üçün optimal seçimdi. RFID-nişanını beycdə, qolbağda və ya əməkdaşın plastik  kartında yerləşdirmək olar və oxuyucuya bilavasitə yaxınlaşdırmaq lazım deyil – bütün məlumatlar məsafədən oxunacaq. Sistemə nişanın sahibi haqqında, oxuyucunun yanından keçməsi zamanı məlumat daxil olacaq; konkret əməkdaş və ya qrup üçün nəzarət yerindən keçidə icazə veriləcək və ya bağlı olacaq.
Lazım olan zaman, məlumatın RFID-riderilə sistemə dərhal ötürülməsi icazəsi olmadan daxil olanlara operativ surətdə reaksiya göstərməyə imkan verəcək.