NORDIC ID STIX

NORDIC ID STIX – kompakt, çox funksiyalı UHF RFID oxuyucudur. Cihaz RFID nişanlarının müəyyən məsafədən oxunması və nişanlara məlumatın yazılması üçün nəzərədə tutulub.

Kiçik ölçüsü, istifadədə rahatlığı  və həmçinin smatrfon, planşetlərlərdə istifadə oluna bilməsi ilə NORIDC ID STIX-i RFID sahəsində əvəz olunmaz köməkçidir.

NORDIC ID STIX gündəlik işinizdə RFID nişanlarının oxunması və məlumatın nişanlara yazılması üçün nəzərdə tutulmuşdur. Cihaz yüksək tezliklikdə işləyir və ISO 18000-6C (EPC Class 1 Gen 2) standartına, həmçinin IES 60950-1 təhlükəsizlik standartına tam uyğundur. Cihazın köməyi ilə siz RFID nişanlarla markalamış əşyaları (inventar, xəz məmulatları, bahalı əşyalar və s.) saya, sistemə daxil edə, həm də RFID nişanını fərdiləşdirib, cihazı işarələyə bilərsiniz.

Cihazın RFID nişan oxuma sürəti saniyədə təqribən 200 nişan təşkil edir, orta oxuma məsafəsi isə 1 metrə qədərdir. Cihaz USB vasitəsilə kompüterə qoşulur, zəruri hallarda oxuyucu adapterdən istifadə edərək Micro USB vasitəsilə mobil cihaza qoşula bilər.

- Miniatür USB oxuyucu;
- Smartfonlar və planşetlər üçün uyğundur;
- Asan quraşdırma;
- USB ilə təchiz edilmişdir.

MƏHSUL VİDEOSU