"AĞILLI RƏF" (RFID - TEXNOLOGİYALAR ƏSASINDA RƏFLƏR)

"Ağıllı" RFID rəfləri (smart shelves) avadanlığı - rəflərdə və onların ətrafında müəyyən qaydada quraşdırılmış oxuyucular və antenlər sayəsində onların üzərində yerləşdirilmiş əşyaların aşkar edilməsinə imkan verir. Həll, ehtiyatların daha dəqiq idarə edilməsi və ya satış monitorinqi məqsədi ilə rəfdən çıxarılma və ya onun üzərində saxlama vahidinin yerləşdirilməsi anının təyin edilməsindən ibarətdir. Birçox hallarda "Ağıllı" rəflər (RFID texnologiyası əsasında rəflər) bahalı əşyaların və ya sənədlərin izlənilməsinə xidmət edir.
"Ağıllı" rəflərin geniş tətbiqi və geniş istifadəsi birbaşa onların avadanlıqlarının qiymətindən asılıdır. Əgər müəyyən bir saxlama vahidinin dəyəri xüsusi bir dəyərə malik deyilsə (məsələn, bir qutu konfet), bu texnologiyadan istifadə edilməsi iqtisadi cəhətdən məqsədəuyğun olmaya bilər.

Hazırda malların rəflərə doldurulması, bir qayda olaraq, əl ilə edilən bir prosesdir və o qədər də əlverişli deyil. "Ağıllı" rəflər ilə tətbiq sistemində markalanan əşya rəfdə yerləşdirilir. Rəfin alt hissəsinə və ya onun yaxınlığında quraşdırılmış bir və ya bir neçə oxuyucu əşyanın mövcudluğunu müşahidə edir (və nəticədə nümunələri göstərir). Nümunə rəfdən götürüldükdə, oxuyucu(lar) artıq nişanı oxuya bilmir. Uçotun inventarlaşdırma sistem iəşyanın rəfdə olmadığını güman edir. Bu halda, inventarlaşdırma sistemi avtomatik olaraq bir neçə əməliyyatı yerinə yetirə bilir, məsələn, daha çox məhsul əlavə edilməsi haqqında alış-veriş mərkəzi işçilərinə əşyanın rəfdə tükənməsi barədə avtomatik bildiriş göndərmə imkanı var.

İntelektual RFİD rəflərin üstünlükləri:

  • Pərakəndə satıcı üçün mal ehtiyatının tükənməsi ehtimalını azaldır; 

  • Satıcıya verilən məhsulun satışının artırılması imkanlarının daha yaxşı başa düşülməsinə kömək edir;

  • İnventar uçotunun daha yaxşı idarə olunmasına imkan verir;

  • Əgər mal düzgün olmayan yerə qoyularsa, sistem onun ​​düzgün yerə köçürülməsi üçün həmin (düzgün yerləşdirilməmiş) əşyanın yeri barədə mağaza işçilərinə məlumat verə bilir;

  • Oğurluq əleyhinə tədbir - Əgər rəfdən malın gözlənilməz miqdarda azalması müşahidə olunarsa, onda oğurluğun baş verdiyini ehtimal etmək olar.