![]() |
![]() |
az rus |
|
|||
Ştrixkod avadanlıqları Sərf olunan materiallar Proqram təminatı Tətbiq sahələri Çap olunan etiketlərinnümunələri |
|
|||||
![]() |
|
|
||||
|
|
|
|||||
![]() |
|
|||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
ƏSAS VƏSAİTLƏRİN UÇOTU ÜZRƏ AVTOMATLAŞDIRILMIŞ MOBİL KOMPLEKS Təklif edilən mobil kompleks çoxsaylı uçot obyektlərinə malik müəssisələrdə əsas vəsaitlərin uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulur. Adətən, əsas vəsaitlərin uçotu sistemləriylə işləyərkən, bilavasitə yerlərdə əsas vəsaitlərlə əməliyyatlar həyata keçirən əməkdaşlar, bu əməliyyatları kağız qaimələr və aktlar əsasında, və bu qaimələr və aktlarda qeydlər edib daha sonra onları sistemə daxil etməklə həyata keçirirlər. Bu proses zamanı yol verilən səhvlər, əksərən məlumatın dəfələrlə əllə daxil edilməsinin nəticəsidi. Bu problem mobil terminalların istifadə edilməsiylə çox asan şəkildə həll edilir. Belə ki, mobil terminallar əsas vəsaitlərin bilavasitə istismar yerində uçotunu, özü də birbaşa elektron şəkildə, yəni ki, məlumatı sonradan kompüterə əllə daxil etmədən, həyata keçirməyə imkan verir. Lakin əksər uçot sistemləri bu cihazları qoşmaq imkanına malik deyillər. Təqdim edilən kompleks mobil terminalların işləyən uçot sistemlərinə birləşdirilməsini həyata keçirir. Hazırda, tam hazır 1C inteqrasiya modulu mövcuddu. Hər bir obyektin identifikatoru kimi ştrixkodlu etiket çıxış edir. Bu etiketi oxuyaraq, terminal avtomatik şəkildə obyekti identifikasiya edir və bütün zəruri məlumatı ekrana çıxarır. Bütün əməliyyatlar terminala yüklənmiş tapşırıqlar əsasında həyata keçir. İş prosesində, əməkdaşın yanlış addım atdığı və ya tapşırıqla nəzərdə tutulmayan hərəkət etdiyi təqdirdə terminal əməkdaşı xəbərdar edir. Əməliyyatların nəticələri avtomatik şəkildə formalaşır. Kompleksin proqram hissəsi: • Kompüterə yüklənən və terminalla məlumat mübadiləsini, həmçinin də etiket və hesabatların çapını təmin edən dispetçer modulu. • Mobil terminala elektron şəkildə yüklənən müştəri modulu və sonradan onları sadəcə uçot sisteminə ötürmək lazımdı. Kompleksin aparat hissəsi: • Mobil terminal • Etiket prinetri Həyata keçirilən əməliyyatlar: • Markalanma. İlkin olaraq aparılır. Kompleksin tətbiqi və sonradan yeni əsas vəsaitlərin istismara buraxılması zamanı həyata keçirilir. • İnventarlaşdırma • Yerdəyişmə • Silinmə Sizi maraqlandıran bütün məsələlər üzrə GS1 Azərbaycan Cəmiyyətinin mütəxəssislərinə müraciət edə bilərsiz. |
|
||||
|
|
|
|
||||
|
Üz. Hacıbəyov küç. 41, ofis 62-63, Bakı-AZ1010, Azərbaycan Tel/faks: (99412) 4981058 E-mail: info@barkod.az |
|
|||||
|
|
|
|||||
|
|
Sitemap Contact webmaster |
|
||||
|
|
|
|
|
|
|
|