![]() |
![]() |
az rus |
|
|||
Ştrixkod avadanlıqları Sərf olunan materiallar Proqram təminatı Tətbiq sahələri Çap olunan etiketlərinnümunələri |
|
|||||
![]() |
|
|
||||
|
|
|
|||||
|
|
||||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
Malların və xidmətlərin uçotu üçün ştrixkodların tətbiq olunduğu sahələr çoxdur.
• İnventarlaşdırma– anbarlarda, ofislərdə malın və əmlakın uçotunda, • Daşınma və nəqliyyat - poçt və yüklərin göndərilməsində, • Şəxslərin identifikasiyası - şəxsiyyət vəsiqəsi, tibbi qolbaqlar və s. şəxsiyyəti təsdiq edən sənədlərdə, • Qeydiyyat sistemi - şirkətin işçilərin işə gəlməsi və getməsinin qeydiyyatında, • İzləmədə - təchizat silsiləsində mal haqqında məlumatın, malın seriya nömrəsinin, yükün partiya nömrəsinin identifikasiyasında, • Kitabxana - Kitabların və abunəçilərin qeydiyyatında • Sənədlərin dövriyyəsi və məlumatın toplanması - ştrixkodların vasitəsilə məlumat kompüter bazasına tez daxil edilə bilər. İnsanın iştirakı minimal və yaxud tamamilə olmayan sahələrdə ştrixkodlar effektiv istifadə olunur. Ştrixli kodlaşdırma texnologiyaların tətbiqi məlumatın əllə daxilində səhvlərin yol verilməməsini maksimuma çatdırır. Kiçik anbarlarda avtomatlaşdırma Kiçik anbarlarda avtomatlaşdırma, əksər hallarda uçotun aparılması ilə əlaqəli olan ayrı-ayrı biznes proseslərinin avtomatlaşdırılmasıdır. Məsələnin məğzi, adətən uçot əməliyyatlarının həyata keçirilməsi zamanı insan faktorunun minimallaşmasından ibarətdir (yaranan səhvlərin azalması, prosesin sürətlənməsi, əlavə nəzarətin yerinə yetirilməsi və i.a.). Mallara vurulan ştrixli kodların istifadəsi malların qəbulunun və buraxılmasının keyfiyyətini və sürətini artırmağa imkan verir. Anbarın işi əsas dörd məsələnin həllinə gətirir: - Malın qəbulu ; - Malın buraxılması ; - İnventarlaşdırma ; - Yerdəyişmə (anbar daxilində).
Şəkildə bu məsələlərin həlli üçün istifadə olunan avadanlıq sxematik olaraq göstərilmişdir. Kompüterə (1) ştrixkodun çapı üçün prinet (3) və informasiyanın daxil edilməsi üçün ştrixkod skaneri (4) birləşdirilir. Əksər hallarda anbarda personal kompüterdən uzaqda işləməli olur, onda, portativ mobil qurğuların - məlumat yığımı terminalların (5) istifadəsi zərurəti yaranır. Terminal kompüterdə saxlanan məlumatlarla uzaqdan işləməyi təşkil etməyə imkan yaradır. Əgər anbarda dəyişkən çəkili mal varsa, onda ştrixkodlu etiketləri çap etmək üçün xüsusi elektron tərəzidən (2) istifadə etmək olar. |
|
||||
|
|
|
|||||
|
Üz. Hacıbəyov küç. 41, ofis 62-63, Bakı-AZ1010, Azərbaycan Tel/faks: (99412) 4981058 E-mail: info@barkod.az |
|
|||||
|
|
||||||
|
|
Sitemap Contact webmaster |
|
||||
|
|
|
|
|
|
|
|