![]() |
![]() |
az rus |
|
|||
Ştrixkod avadanlıqları Sərf olunan materiallar Proqram təminatı Tətbiq sahələri Çap olunan etiketlərinnümunələri |
|
|||||
![]() |
|
|
||||
|
|
|
|||||
![]() |
|
|||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
K-Sklad - terminallar üçün anbar proqram təminatı Orta və kiçik anbarlar üçün ştrixli kodlaşdırma texnologiyasını istifadə edərək avtomatlaşdırılmış üsulla seçmə və qəbul etmə anbar əməliyyatlarını həyata keçirən terminal proqramıdır. Çoxlu mal nomenklaturalı anbarlarda geniş yayılmış problem əmtəə çeşidlərinin qarışıqlığıdır.Əl ilə yaxud kağız fakturasıyla malın seçimi və qəbulu əməliyyatın dəqiqliyi insan faktorundan, daha doğrusu əməliyyatlari icra edən işçilərin diqqətindən birbaşa aslıdır. Bu problem əsasən fərqli tərkibli amma eyni və ya oxşar bağlamalı mallarla yaranır. Mobil terminallar və ştrixli kodlaşdırma texnologiyalarını istifadə edərək itkiləri və səhvləri çox azaldmaq olar. Kağız fakturanın əvəzinə işçi digər məlumatlardan əlavə həmçinin ştrixli kodlar və elektron formada tapşırıqlar yüklənilmiş terminal əldə edir. Əmtəənin identifikasiyası kodun oxunması üsulu ilə həyata keçirilir və əgər bu kodlu mal tapşırıqda yoxdursa o zaman proqram bu barədə məlumat verir. Təklif olunan həllin əsas üstünlükləri: • Əmtəə qarışıqlığın azalması; • Anbar əməliyyatlarına sərf olunan vaxtın qənaəti; • Əl ilə anbar sisteminə informasiyanın daxil edilməsinin qarşısının alınması. Proqram təminatın imkanları: • Malların siyahısı terminal displeyində göstərilir, bu isə işçiyə tapşırıqda qalan malları görmək və seçimi asanlaşdırır; • Malın ştrixli kodu olmaması halda artikul ilə seçim etmək imkanı mövcuddur; • Ştrixli kod korlansa terminalın klaviaturasından onu yenə daxil etmək olar: • Kodu skan edəndən sonra malın bütün rekvizitləri avtomatik doldurulur, bu da vizual olaraq malın faktiki seçilən mal ilə tapşırıqda uyğunluğunun yoxlanılmasını asanlaşdırır; • Malın real seçilən miqdarının daxil edilməsi və tapşırıqda miqdarın eyni olmaması təqdirdə köməyi; • Malın seçilməsi əməliyyatı dərhal elektron şəkildə formalaşır, və bu qaimənin əl ilə düzəldilməsi əməliyyatından imtina etməyə imkan yaradır. İnteqrasiya: Hal-hazırda anbar sistemlərinin əksəriyyəti mallara ştrixkod verə bilərlər, amma məhz anbarda əməliyyatlar üçün lazım olan mobil terminallarını istifadə etmək imkanları yoxdur. Təklif olunan terminal proqramı hər bir anbar sistemində tətbiq oluna bilər və zəhməti çox olan inteqrasiya tələb etmir. Əsası odur ki, uçot sistemi kompüterin diskinə malların yığma tapşırıьını fayl şəklində boşaltsın və əməliyyatın bitməsindən sonra yekunun faylını götürüb tapşırıqla səhvləri tutuşdursun. Məlumat mübadiləsi “xml” və ya “txt” formatlı fayllarla keçirilə bilər. Təchiz komplektinə həmçinin mobil terminallarından məlumatların verilməsini və qəbulunu təmin edən dispetçer modulu daxildir. |
|
||||
|
|
|
|
||||
|
Üz. Hacıbəyov küç. 41, ofis 62-63, Bakı-AZ1010, Azərbaycan Tel/faks: (99412) 4981058 E-mail: info@barkod.az |
|
|||||
|
|
|
|||||
|
|
Sitemap Contact webmaster |
|
||||
|
|
|
|
|
|
|
|