 |
«QS1 Azərbaycan» MMC informasiya texnologiyaların Azərbaycanda özülü qoyulması vaxtında yaradılmışdır. İqtisadiyyatın inkişafı və müasir texnologiyaların ölkəmizdə geniş yayılması şirkətin ştrixli kodlaşdırma texnologiyaların tətbiqi istiqamətini müəyyən etmişdir.
Bu gün ştrixli kodlaşdırma texnologiyaları insan fəaliyyətinin bir çox sahələrində tətbiq olunur. Ən çox topdan və pərakəndə ticarətdə, maddi ehtiyatların idarə olunmasında, nəqliyyatda, logistikada və səhiyyədə geniş istifadə olunur. Şübhəsiz qeyd etmək olar ki, ştrixli kodlaşdırma bütün dünyada malların bugünki markalanmasının ayrılmaz hissəsinə çevrilmişdir. Əgər ştrixkodların ilkin tətbiqi pərakəndə ticarət məntəqələri idisə, son vaxtlar yüzlərlə müəssisə uçot məqsədləri üçün, maddi ehtiyatların idarə olunmasında, nəqliyyatda, logistikada və səhiyyədə ştrixkodlardan istifadə edirlər.
Ştrixli kodlaşdırma texnologiyalarının tətbiqi üçün müvafiq avadanlıqlardan istifadə olunur. Onlara ştrixkod skanerləri, termotransfer printerlər, məlumat yığımı terminalları aiddir.
Ştixkod skanerləri sistemin gözləri adlanır. Onun şüası ştrixkoda istiqamətləndirilir və məlumatı kompüterdəki proqram təminatına yollayır. Proqram təminatı ştrixkod vasitəsilə kodlaşdırılan informasiya - malın adı və qiyməti göstərilməklə, hamının oxuya biləcəyi şəklə salır.
Termotransfer printerlər vasitəsi ilə etiketlərin üzərində müxtəlif məlumatları çap etmək olar.
Məlumat yığımı terminalları anbarda (malın qəbulunu və buraxılmasını), istehsalatda, logistikada nəqliyyatda ticarətdə və s. sahələrdə əsas vəsaitlərinin inventarizasiyası zamanı istifadə olunur. Məlumat yığımı terminalında məlumatlar toplandıqdan sonra operator bu məlumatları fərdi kompüterə yükləyir ki, sonrakı əməliyyatları yerinə yetirsin.
Ştrixkodlu yapışqan etiketlər praktiki olaraq istənilən səthə asanlıqla yapışdırılır, həmçinin, birbaşa olaraq identifikasiyaya ehtiyacı olan qutulara, butulkalara, qablaşmaya, kitablara, mebellərə, kartlara, konvertlərə və bir çox başqa predmetlərə vurula bilər.
Sifarişçinin tələblərinə cavab verən proqram təminatın seçimi - sırf istifadəçinin öz seçimidir.
Dünyada aparıcı istehsalçıların avadanlıqları təklif olunur.
- Termo və termotransfer printerlər - Zebra Technologies Corporation (ABŞ)
- Ştrixkod skanerləri - DATALOGIC (İtaliya), ZBA (ABŞ)
- Məlumat yığımı terminalları - DATALOGIC (İtaliya), Minec (İsveçrə)
- Rəngli kartrıclı printerlər - Primera Technology (ABŞ)
Şirkət ZEBRA TECHNOLOGIES CORPORATION şirkətinin Zebra Reseller statusuna malikdir.
Müştərilərimizin arasında Azpetrol, Royls Roys şirkətləri, Carlo Pazolini, Dekor, Walker, SILF, Swarovski, Santral Elektrik, Bata, Jizel dükanları, Planeta, Viola, Avropa apteklər qrupu, Standartlaşdırma, Metrologiya və Patent Dövlət Komitəsi, Azərlotoreya, Bakı elektrik şəbəkəsi, Səhiyyə Nazirliyinin nəzdində Dərman vasitələrinin analitik ekspertiza mərkəzi, Azərpoçt, KÜR kompüter istehsalı zavodu, Qalf İndastry, RAM ltd nəqliyyat və ticarət şirkəti, Panalpina kimi şirkətlər vardır.
Şirkətimizin fəlsəfəsi: sifarişçilərə müasir texnologiyaların ən sərfəli və optimal həlləri təklif etməkdir.
Biz əməkdaşlığa hazırıq!
| |
|
 |
 |